
Ermənistan Polşa ilə siyasi dialoqun yüksək səviyyəsini yüksək qiymətləndirir.
Bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan bildirib.
“Polşa Ermənistanın etibarlı tərəfdaşıdır, o cümlədən Aİ ilə əməkdaşlıq çərçivəsində”, – o qeyd edib.
Xaçaturyan 2024-cü ilin Aİ ilə əməkdaşlıq kontekstində xüsusi olduğunu bəyan edərək, sülh alətinin həyata keçirilməsini xatırladıb və viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlandığını bildirib.
“Biz həmçinin Aİ ilə təhlükəsizlik məsələlərini müzakirə etmək istəyirik. Bu təşəbbüslərdə biz həmişə Polşanın dəstəyini hiss etmişik.
Polşa Ermənistandakı vəziyyət barədə yaxşı təsəvvürə malikdir, nəzərə alsaq ki, hər iki ölkənin uzun müddət sosialist sisteminin bir hissəsi olub”, – o bikdirib.







