
Rusiyanın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə, İran-İsrail müharibəsi fonunda, Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı mümkün planlarına dair suala belə cavab verib:
“Mən hətta bunun haqqında düşünmək belə istəmirəm, bunu müzakirə etmək də istəmirəm. Mənə çox xoş gəldi Rusiya Prezidentinin dünən media rəhbərləri ilə söhbətində verdiyi nümunəvi cavab və icazə verin, plagiat edim:
‘Mən hətta bunun haqqında düşünmək belə istəmirəm, bunu müzakirə etmək də istəmirəm’.”
O, əlavə edib:
“Bizim səylərimiz regionda vəziyyətin gərginliyinin azaldılmasına, İranla bağlı hər şeyə, İsrailin İran əleyhinə aqressiv addımlarına yönəlib.
Biz bu regionda Ermənistan və Azərbaycanla münasibətlərin tənzimlənməsi istiqamətində müvafiq işlər aparırıq. Bizim mexanizmlərimiz, müvafiq işçi qruplarımız var və müvafiq səviyyəli mütəxəssislər bütün bu məsələləri həll edirlər.
Ona görə də, mən hətta bunu düşünmək və ya müzakirə etmək istəmirəm. Həm Azərbaycan, həm də Ermənistan bizim üçün dəyərli ölkələr və xalqlardır, onlarla əsrlər boyu münasibətlərimiz olub, sıx əlaqələrimiz var.
İran isə bizim münasibətlərimizi inkişaf etdirdiyimiz bir ölkədir. Bu region geniş mənada baxanda çox şey yaşayıb. Bizim əsas prioritetlərimizdən biri orada sabitlik yaratmaq, iqtisadi cəhətdən möhkəmləndirmək və bunun üstünlüklərini göstərməkdir.
Təbii ki, orada nə qədər güc, kəsişmə və qovşaq olduğunu deməyə ehtiyac yoxdur” – deyə Zaxarova əlavə edib.







