Başlıcaİctimaiyyət

Ukraynada daha bir erməni kilsəsi tikiləcək

Müharibə şəraitində olan Ukraynada daha bir erməni kilsəsi tikiləcək. “Armenpress” xəbər verir ki, bu barədə AnalitikaUA.net məlumat yayıb.

Xmelnitski şəhərində yeni tikilmiş kilsənin bünövrəsinin təntənəli xeyir-dua mərasimi keçirilib.

Onu Erməni Apostol Kilsəsinin Ukrayna Erməni Yeparxiyasının Primatı, Zati-aliləri Yepiskop Markos Hovhannisyan ifa edib, onun əlləri ilə tikilməkdə olan kilsənin bünövrələrində 16 daş təqdis edilib və basdırılıb.

Əhəmiyyətli mənəvi tədbirdə iştirak etmək üçün Ukraynanın müxtəlif şəhərlərindən, o cümlədən Kiyev, Odessa, Xarkov, Lvov, Xmelnitski, Çernivtsi, Ternopil və digər icmalardan zəvvarlar gəlib.

Daha çox göstər
Back to top button