Başlıcaİctimaiyyət

Bakı məhkəməsi Ruben Vardanyanın vəsatətlərini təmin edib

Dünən Bakıda Artsaxın keçmiş dövlət naziri, iş adamı və xeyriyyəçi Ruben Vardanyanın “işi” üzrə növbəti “məhkəmə iclası” keçirilib.

Azərbaycan mətbuatının yazdığına görə, Ruben Vardanyan məhkəməyə üç vəsatət təqdim edib.
Müdafiə tərəfi daha əvvəl iclasın protokolu ilə tanış olmaq üçün ərizə vermişdi. Məhkəmə iclası zamanı Vardanyan  xahiş edib ki, vəkili Avram Bermana onun iştirakı olmadan da iclas protokolları ilə tanış olmasına şərait yaradılsın.

Hakim vəsatəti təmin edib.

Sonra Ruben Vardanyan bütün məhkəmə iclaslarından əvvəl ona vəkili ilə konfidensial görüşmək üçün imkan yaradılmasını xahiş edib. Həmin vəsatət də təmin edilib.

Vardanyanın üçüncü vəsatəti məhkəmə protokollarından çıxarışların təqdim edilməsi ilə bağlı olub. Hakim qeyd edib ki, bunun üçün məhkəməyə müvafiq siyahı təqdim edilməli, ona əsasən sənədlər müdafiə edən tərəfə təhvil veriləcək.

Vardanyan son 6 ay ərzində verdiyi bütün vəsatətlər üzrə məhkəmənin qərarlarından çıxarışlarla tanış olmaq istədiyini vurğulayıb.

Hakim cavabında bildirib ki, bu çıxarışların bir qismi artıq onlara verilib, digərləri isə təqdim olunacaq.
Növbəti məhkəmə iclası iyulun 22-də olacaq.

Daha çox göstər
Back to top button