
Ermənistanın Baş nazirinin təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanından keçməklə xarici səfərə gedib və sentyabrın 6-na keçən gecə Ermənistana qayıdıb.
Alınan məlumata görə, bu barədə Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook”-dakı səhifəsində yazıb.
“Cari il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra, Ermənistanın müvafiq qurumları baş nazirin təyyarəsi üçün Azərbaycandan hava dəhlizi xahiş edib və müsbət cavab alıblar.
Bu faktı regionda kommunikasiya xətlərinin açılması, sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində praktik addım kimi qiymətləndiririk.
Xatırladım ki, Azərbaycan təyyarələri uzun müddətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında əlaqəni Ermənistanın hava məkanından istifadə etməklə təmin edir” – deyə Bağdasaryan yazıb.







