
Rusiyanın Baş naziri Mixail Mişustin “The Jerusalem Post” qəzetinin tərtib etdiyi dünyanın 50 ən nüfuzlu yəhudisinin siyahısına daxil edilib.
Rusiya hökumətinin rəhbəri siyahının 18-ci yerini tutub.
İlk üç yeri İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkomb və “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea tutub.
Siyahıya həmçinin texnologiya sahəsinin aparıcı nümayəndələri Sem Altman, Mark Sukerberq (33-cü yer) və Hollivud aktrisası Qal Qadot (45-ci yer) də daxil edilib.







