BaşlıcaEkonomika

Turkish Airlines Yerevana uçuşlara başlayacağını elan edib

“Türk Hava Yolları” – Turkish Airlines aviaşirkəti uçuşlar şəbəkəsini genişləndirməyə davam edir.

Bildirilir ki, şirkətin direktörlər şurası imkanlardan və bazar şəraitindən asılı olaraq Timişoara (Rumıniya) və Yerevana  nizami reyslər açmaq qərarına gəlib.

Yeni marşrutlar xüsusilə regional əlaqə və turizm baxımından strateji əhəmiyyətli hesab olunur. “Türk Hava Yolları”-nın bu addımı həm Balkanlar, həm də Qafqazla hava nəqliyyatı şəbəkəsini möhkəmləndirmək məqsədini daşıyır” – deyə bəyanatda qeyd olunub.

Aviaşirkət reyslərin tarixi və tezliyi ilə bağlı təfərrüatları yaxın günlərdə elan edəcək.

Mətn factor.am-ə  məxsusdur.

Daha çox göstər
Back to top button