Parisdə Sülh Forumu başlayıb: Nikol Paşinyan video paylaşdı

Fransanın paytaxtında Parisdə Sülh Forumunun 8-ci konfransı başlayıb. Alınan məlumata görə, forumda iştirak üçün Fransaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində video yayımlayıb.
“Paris Sülh Forumu – Şayo sarayında” –deyə Baş nazir yazıb.
Videoda Paşinyan forumun keçirildiyi yerə gəlir və iştirakçılarla sual-cavab formatında görüş keçirir.
“Yeni koalisiya: Sülh, insanlar və planet üçün” şüarı altında keçirilən forumda (29-30 oktyabr) aşağıdakı mövzular müzakirə olunacaq:
Geosiyasi gərginlik və münaqişələrin həlli yolları,
Texnologiyalar, iqtisadi və sosial inkişaf,
İqlim dəyişikliyi və ətraf mühitin qorunması,
Faydalı qazıntıların idarə edilməsi.
Nikol Paşinyan aşağıdakı sessiyalarda çıxış edəcək:
“İnformasiya bütövlüyü və müstəqil media” (beynəlxalq yüksək səviyyəli müzakirə),
“Liderlik böhranında: Parçalanmış dünyada güc və davamlılıq axtarışı” (panel müzakirəsi).
İnformasiya bütövlüyü sessiyasında iştirak edəcək digər nümayəndələr:
Fransa Prezidenti Emmanuel Makron,
Qana Prezidenti Con Dramani Mahama,
Moldova Prezidenti Maya Sandu,
Çernoqoriya Prezidenti Yakov Milatoviç,
Şimali Makedoniya Prezidenti Qordana Siljanovska-Davkova,
Barbados Baş naziri Mia Amor Mottley,
Albaniya Baş naziri Edi Rama,
Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan,
Fransa Xarici İşlər naziri Jan-Noel Barro,
Digər ölkələrin keçmiş və hazırkı yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.







