BaşlıcaSiyasət

Kallas: “Yerevanda ASB sammitinin keçirilməsi Qafqazın əhəmiyyətini göstərir”

Avropa Siyasi Birliyinin sammitinin Yerevanda keçirilməsi Qafqazın, xüsusən də İranda müharibənin davam etdiyi indiki vaxtda nə qədər vacib olduğunu göstərir.

Alınan məlumata görə, bu barədə AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sammitə gələrkən bəyan edib.

“Avropa Siyasi Birliyinin görüşü üçün burada, Yerevanda olmaq çox xoşdur. Avropa coğrafiya haqqında deyil, dəyərlər və prinsiplər haqqındadır, buna görə də biz müxtəlif məsələlərin müzakirəsi üçün Kanadanı burada salamlamağa çox şadıq.

 Bundan əlavə, bu sammitin Yerevanda keçirilməsi Qafqazın nə qədər vacib olduğunu göstərir. Biz qarşılıqlı bağlılıqdan, həmçinin üzləşdiyimiz çətinliklər qarşısında dözümlülükdən danışırıq” – deyə Kallas bildirib.

“AB diplomatiyasının rəhbəri Orta Dəhlizin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Yaxın Şərqdəki hadisələri nəzərə alaraq, hamı ticarət yollarının diversifikasiyasına can atır.

Gürcüstanla bağlı isə ali nümayəndə qeyd edib ki, bu ölkənin hökuməti AB-nə üzvlüklə bağlı bəyanatlarına baxmayaraq, faktiki addımlar atmır.

Kallas həmçinin Pentaqonun 5000 ABŞ hərbçisinin Almaniyadan çıxarılması barədə qərarına toxunaraq bildirib ki, bu, NATO-da Avropa komponentinin gücləndirilməsinin vacibliyini daha da artırır.

Daha çox göstər
Back to top button