
Fransa Prezidenti Emmanuel Makron sosial media hesablarında erməni dilində paylaşım edib.
“Fransa sizi sevir” — deyə o yazıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vahaqn Xaçaturyan və Fransa Prezidenti Emmanuel Makron Gümrü şəhərinə səfər ediblər. Səfər 1988-ci il zəlzələsi qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Daha sonra Nikol Paşinyan, Vahaqn Xaçaturyan və Emmanuel Makron Gümrünün Vardanants meydanında keçirilən “Musiqi körpüsü: Ermənistan-Fransa” adlı konsertdə iştirak ediblər.
Nikol Paşinyan və Emmanuel Makron Vardanants meydanına toplaşanları salamlayaraq səmimi qarşılanmaya görə təşəkkür ediblər.
“Fransada Prezident Makronla danışarkən ona deyirdim ki, siz Ermənistanda böyük populyarlığa maliksiniz, o isə bəlkə də mübaliğə etdiyimi deyirdi. İndi hər dəfə belə bir mənzərə yarananda mən ona mübaliğə etmədiyimi xatırladıram” — deyə Nikol Paşinyan bildirib və sözü Ermənistanın və erməni xalqının böyük dostu Emmanuel Makrona verib.
“Getməzdən əvvəl, əziz Nikol, cənab Baş nazir, iki kəlmə söz demək və sizə təşəkkür etmək istəyirəm. Əvvəlcə çıxış edən və konserti davam etdirəcək orkestrə və bütün musiqiçilərə təşəkkür etmək istəyirəm.
Həmçinin mənə və bütün nümayəndə heyətimə həmYerevanda , həm də burada — Gümrüdə göstərdiyiniz səmimi qarşılanmaya görə təşəkkür edirəm” — deyə Emmanuel Makron bildirib.
Fransa Prezidenti qeyd edib ki, heç kim saatların dayandığı, bütün şəhərin donub qaldığı və dünyanın Ermənistan üçün ayağa qalxdığı 1988-ci ilin dekabrını unutmayıb.
Gümrü cəhənnəmdən və qışdan sonra yenidən doğuldu, yeni baharlar gəldi. Və yola düşməzdən əvvəl sizə demək istəyirəm ki, burada — sizin yanınızda olmaqdan qürur duyuram.
Son illərdə keçdiyiniz bütün çətinlikləri bilirik. Gümrü burada olduğu müddətcə, Ermənistan Avropanın yanında sülh və sabitliklə irəliyə gedir.
1988-ci ilin dekabrında yanınızda olduğumuz kimi, indi də yanınızda olacağıq. Təşəkkür edirəm Gümrü, təşəkkür edirəm Ermənistan.
Və heç vaxt unutmayın: Fransa sizi sevir. Yaşasın Ermənistan, yaşasın Fransa və yaşasın Gümrü” — deyə Emmanuel Makron vurğulayıb.







