
Stabillik, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkələr müzakirələr üçün bizim tərəfdaşlarımızdır. Bu barədə Polşanın Baş nazirinin müavini, Milli Müdafiə naziri Vladislav Koşinyak-Kamış Ermənistanın Müdafiə naziri Suren Papikyan ilə aparılan danışıqlara münasibət bildirərək X sosial şəbəkəsində yazıb.
“Buna görə də biz birgə təlimlər, hərbi akademiyalar arasında əməkdaşlıq və Ermənistan ilə müdafiə sənayesi təcrübəsinin mübadiləsində maraqlıyıq.
Bu gün mən bunu müdafiə naziri Suren Papikyan ilə müzakirə etdim. Səfərə görə təşəkkür edirəm” – deyə o, qeyd edib. Polşa rəsmisi vurğulayıb ki, bugünkü dünyada təhlükəsizlik yalnız hərbi güclə deyil, həm də regionun gələcəyi haqqında strateji düşünən ölkələr arasında məsuliyyətli tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq şəbəkəsi vasitəsilə qurulur.
Mənbə factor.am.







