Ermənistan Cənubi Qafqazda biosfer qoruğunun yaradılacağı birinci ölkə olacaq

Bu barədə noyabrın 20-də Ermənistanda Biosfer qoruğu konsepsiyasının iki günlük müzakirəsi zamanı Mixayel Zukov Fondunun direktoru Uli Grebener bildirib.
“Biz gələcəkdə təbiətin qorunması məsələlərində kompleks yanaşmaların tətbiqi ilə bağlı daha çox və müntəzəm düşünməliyik və bir və ya digər bölgədə sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi insan amilinin təsirinin minimuma endirilməsi yollarını tapmalıyıq.
Belə bir konfransın keçirilməsi Ermənistan üçün çox mühümdür, çünki YUNESKO-nun “İnsan və biosfera” layihəsinə uyğun olaraq biosferik ərazilərin yaradılmasının imkanları müzakirə ediləcək və planlaşdırılacaq. Əgər konsesus əldə etmək müvəffəq olarsa, Ermənistan Cənubi Qafqazda biosfer ehtiyatlarının yaradılacağı birinci ölkə olacaq”-deyə Fondun rəhbəri qeyd edib.







