BaşlıcaBeynəlxalq

İnterpoldan bildirlib ki, Lapşin heç vaxt axtarışda olmayıb

Azərbaycana ekstradisiya olunan bloqer Aleksandr Lapşin heç vaxt İnterpol tərəfindən axtarışda olmayıb.Bu haqda Feysbok səhifəsində ER Polis rəisinin müşaviri Nareq Malyan bildirib.

“ER Polisinin sorğusuna cavab olaraq İnterpolun Baş katibliyindən bu gün cavab verilib ki, Aleksandr Lapşin İnterpolun siyahisində heç vaxt olmamış və beynəlxalq axtarışda heç vaxt qeyd edilməmişdir”-deyərək Malyan yazıb.

Daha öncə NEWS.am bildirmişdir ki, Belorusun Ali məhkəməsi Aleksandr Lapşini Azərbaycana ekstradisiya edilməsiylə bağlı prokurorluğun qərarını təstiq edib.

O, Azərbaycana ekstradisiya olunub.Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşin 2016-cı ilin dekabrında Minskdə Azərbaycanın tələbiylə həbs olunub.

Qeyd edək ki, Lapşin Dağlıq Qarabağa getdiyi üçün “qara siyahidə” tədbiq olunmuşdur.

Oxşar şəxslərin Azərbaycana girişinə qadağa qoyulub.Lakin Lapşin 2015-ci ildə Gürcüstan ərazisiylə və Ukrayna şəxsiyyət vəsiqəsiylə Azərbaycana daxil olub.

Ölkəyə daxil olması üçün onun adında hərf fərqinin olmasıdır. Ukrayna şəxsiyyət vəsiqəsində “Oleksandr” yazılıbmış.Ondan sonra Azərbaycan “dövlət sərhədi barədə” qanunu pozduğu üçün bloqerə qarşı axtarış elan edilib.

Yanvarın 17-də Belorus polisi Azərbaycanın tələbini qane etmək qərarına gələrək Lapşini Azərbaycana ekstradisiya edib. Yanvarın 26-da isə Minsk məhkəməsi Lapşinin vəkillərinin şikayətindən imtina etmişdir.

Daha çox göstər
Back to top button