BaşlıcaBeynəlxalq

Brüssel: “ Ermənistan- AB-i ilə yeni razılaşma tezliklə imzalana bilər”

“Ermənistan ilə biz ümumi dəyərləri bölüşürük”deyə Avropa Komissiyasının Xarici münasibətlər və təhlükəsizlik məsələləri üzrə spiker Maya Kosiançiç Brüseldən “Amerikanın səsi2 ilə telefon söhbətində qeyd edib ki, Ermənistan və Avropa Birliyinin ciddi ümumi mənafeləri var.

“Biz demokratiyaya, insan haqlarına, qanun aliliyinə sadiqik.Bu dəyərlər yeni razılaşmalar və bizim əməkdaşlığımız əsasındadır”.

Avropa Birliyi və Ermənistan arasında ikitərəfli münasibətlərin bütöv pateti Ermənistan-AB yeni razılaşmasında yer tapıb ki, onu da tərəflər yaxın gələcəkdə imzalaya bilər.

AB-nin nümayəndəsinin sözlərincə xüsusən yeni razılaşmayla bir sıra sahələrdə sıx əməkdaşlıq yaradılır o cümlədən energetika, transport, ətraf mühit, ticarət və investisiyaların genişləndirilməsi perspektivliyi.

Razılaşma həmçinin erməni istehlakçıları üçün əməkdaşlığın yeni qapılarını açacaq.

“Bildiyimiz kimi AB artıq Ermənistanın mal dövrüyyəsinin 26%-lə AB-nin əsas ticarət həmkarıdır.

İnanırıq ki, ticarət sahəsində bu əməkdaşlıq həmçinin genişləndiriləcək.

Erməni istehlakçıları Ermənistanda istehsal olunan malları Avropa Birliyinə ixrac etmək üçün yeni səlahiyyətlər əldə edəcək. Razılaşma Yerevan və Brüsselin siyasi inkişafı üçün yeni təkan olacaq.

Daha çox göstər
Back to top button