
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya olduqca mühüm rol oynayır.Bu haqda bu gün keçirilən mətbuat konfransında Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib.
O,xatırladıb ki, noyabrın 20-21-də Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək və səfəri çərçivələrində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək, həmçinin ikitərəfli münasibətlərin dərinləşməsini də xatırladıb”-deyərək Edvard Nalbandyan qeyd edib.







