Hökumətin son qərarları kəskin qiymət artımına aparır

Nazirlər Kabinetinin bəzi malların aksiz vergilərinin artırılması haqqında qərarını iqtisadçı Qubad İbadoğlu belə qiymətləndirib:”
Əslində 2 inflyasiya səbəti var, 1-i aztəminatlı təbəqələr üçündür ki, yoxsulların menyusunda ən çoxu 100 adda məhsul və xidmət olur, ikincisi isə DSK-nın hesabladığğı inflyasiya səbətidir ki, ora da 585 adda məhsul vəximətlər daxildir. Azərbaycanda açıqlanan inflyasiya 585 adda məhsul və xidmətin qiiymətindəki dəyişiklikləri əhatə etdiyindən gerçək vəziyyəti təhrif edir. Həqiqətən dəəhalinin böyük əksəriyyəti maximum 100 adda məhsul və xidmət istehlak edirsə, onda inflyasiya da onun bazasında hesablanmalıdır. İnflyasiya yaradan amillərə gəlincə, onlarda ən əsası məhsul və xidmətin istehsalına və idxalına çəkilən xərcin artımıdır. 2018-ci ildən xərc elementlərindən vergi, rüsum və aksiz dərəcələrinin artımı inflaysiya yaradan amilləri də fəallaşdıracaq. Odur ki, xüsusilə də xaricdən gətirilən tütün məmulatı, spirti içkilərin, mühərrik gücü yüksək olan avtomobillərin qiymətində bahalşma gözlənilir ki, bu da istehlak qiymətlərinin ümumi səviyyəsinə də təsir göstərəcək. İdxal mallarının qiymət artımı həmin növ yerli məhsulların da qiymətinə artırıcı təsir göstərəcək. Odur ki, tütün, alkoloqollu malların hamısında bahalaşma gözlənilir. Əgər bu qiymət artıma eyni zamnda nəqliyyatda gediş haqqının, kommunal xidmətlərin, suyun, elekrtikin və qazın tariflərinin qaldırılması ilə müşaiyət olunarsa onda gələn ildə də 2 rəqəmli inflyasiyadan qaçmaq azan olmayacaq.







