İctimaiyyət

AZAL fırıldaqçılıqda ittiham olundu

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) onlayn qaydada bilet alan bəzi sərnişinlər ciddi problemlərlə üzləşdiklərini bəyan ediblər.

“APA-Economics”in məlumatına görə, bəzi sərnişinlər sosial şəbəkələrdə qeyd ediblər ki, onlayn qaydada bilet alsalar da bəzən texniki problemdən səfərlərini reallaşdıra bilmirlər. Azərbaycanın sığorta bazarında tanınmış mütəxəssis, biznesmen Xəyal Məmmədxanlı “Facebook” sosial şəbəkəsində yazıb ki, onlayn qaydada Naxçıvana bilet alsa da aviaşirkətdən asılı olan səbəblərə görə o, səfər edə bilməyib. Onun sözlərinə görə, Naxçıvana uçuş vaxtını düzgün qeyd etsə də Bakıya uçuşun tarixində texniki səhvə yol verib. Xəyal Məmmədxanlı bildirib ki, bu amil onun Naxçıvana getməsinə mane olub və AZAL texniki səhvi nəzərə almayıb. Tanınmış biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham edib.

 

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button