
ER İqtisadiyyat inkişafı və investisiyalar naziri Artsvik Minasyan Avropanın Yenidənqurma və İnkişaf Bangının Direktorlar Şurasının üzvü, Hollandiya üzrə qrup rəhbəri Frans Vikers ilə görüşüb. ER İqtisadiyyat inkişafı və investisiyalar nazirliyindən verilən məlumata görə görüşdə Ermənistan proqramları və gələcək əməkdaşlığın önəmliklərinə dair məsələlər müzakirə olunub.Frans Vikers bildirib ki, payızda AYİB-in Direktorlar Şurası üzvülərinin Ermənistana səfəri olacaq. Ermənistana səfər zamanı Ermənistan Respublikası ilə gələcək əməkdaşlığın önəmlikləri və məsələləri müəyyən ediləcək və 2019-ci ilin birinci rübündə AYİB Ermənistandakı ofisi ölkəmizə aid olan beşillik dəstək proqramını təqdim edəcək. Görüşün sonunda tərəflər birlikdə işləmək və əməkdaşlığı aktivləşdirmək öhdəliklərini bir daha təsdiq etdilər.







