
İranın Energetika naziri Reza Ardakaniyan bəyan edib ki, İran Ermənistan ərazisiylə Rusiyaya elektrik enerjisini təchizatı mümkünlüyü barədə danışıqlara başlayıb. “Armenpress”in verdiyi məlumata görə bu haqda TASS xəbər verir. “Biz Rusiyaya elektrik enerjisini təchiz etməklə əlaqədar Ermənistanla danışıqlara başlamışıq”-deyə nazir bəyan edib. O, əlavə edib ki, İran üçün mühüm təklifdir xüsusən Avropanın elektrik şəbəkələrinə qoşulmaq olduqca zəruridir belə ki, Tehranın həmin məqsədə çatmağa bir neçə variantları var.”Bu variantlardan biri də bizim Şimal qonşularımız vasitəsilə Avropa şəbəkələrinə birləşməkdir” – deyərək nazir yekunlaşdırıb.







