İctimaiyyət

Anar Nağılbazın ikinci arvadı olub

Xəstəlik səbəbilə həyatını itirən reper Anar Nağılbazın ikinci dəfə evlənməsi xəbəri bir neçə ay öncə yerli mediada yayımlanmışdı.  Lakin onun dəfnində ikinci xanımının iştirak etməməsi reperin evliliyinin yalan olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb olub.

Xüsusilə, Nağılbazın anası Şərqiyyə Cəbiyevanın ikinci gəlini Aytən haqda açıqlamaları birmənalı qarşılanmamışdı.

Oxu.Az reperin nikah şəhadətnaməsini əldə edib.

Belə ki, şəhadətnamədə Nağılbazın 25 yanvar 2018-ci il tarixində Aytən Həmidova ilə evləndiyi qeyd olunur.

Qeyd edək ki, Anar Nağılbazın ilk evliliyi Anjelika Cəbiyeva ilə olub. Onlar qalmaqallı şəkildə boşanıb.

Daha çox göstər
Back to top button