
ER Silahlı Qüvvələrinin Baş Qərarqah rəisi, general-leytenant Artak Davtyan iyulun 29-da işgüzar səfərlə respublikanın şimal-şərq sərhədindəki yerləşdirilmiş hərbi hissələrdə və döyüş məntəqələrində olmuşdur.
“Armenpres”-ə ER-nın Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə əsasən, general-leytenant Artak Davtyana sərhəddəki operativ vəziyyət, şəxsi heyətin fiziki, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi, döyüş növbətçiliyinin şəraitləri, ön xəttdə həyata keçirilmiş mühəndis işləri, bölmələrə verilən tapşırıqlar barədə məlumat verilib.
Məntəqələrdən birində ER SQ BQ rəisi döyüş növbətçiliyi edən hərbi qulluqçularla nahar edib, verilən qidanın keyfiyyatını yoxlayıb.
General-leytenant Artak Davtyan döyüş növbətçiliyi zamanı daha çox aktiv hərbi qullluqçuları ruhlandırıb və sülh və təhlükəsiz xidmət diləyib.
ER SQ Baş Qərargahının rəisi prioritet həll tələb edən məsələlər barədə məsul bölmələrin komandirlərinə tapşırıqlar verib.







