BaşlıcaSiyasət

Baş nazirin qərarıyla Azərbaycana nümayəndə heyəti göndəriləcək

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana nümayəndə heyəti göndərmək barədə qərar imzaladı. Bu barədə ER hökumətinin www.e-gov.am  saytında  məlumat yayılıb.

Nümayəndə heyətinə Ermənistanın İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, həmin nazirliyin Yol Nəqliyyat Siyasəti Departamentinin Texniki Siyasət şöbəsinin müdiri Arman Karapetyan və ER XİN Çoxtərəfli Siyasət və İnkişaf Əməkdaşlığı Departamentinin müşaviri Artem Aznauryan daxildir.

Qərara görə, nümayəndəlik Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi (TRASEKA) üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasında və quruluşun 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak etmək üçün 2019-cu ilin dekabrın 4-7-də Azərbaycanda olacaq.

Daha çox göstər
Back to top button