BaşlıcaBeynəlxalq

2020-ci ilin “ən güclü” pasportları siyahısında Ermənistan hansı yeri tutur?

“Henley Passport 2020” indeksinə görə, dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb.  Ermənistan pasportu Monqolustan və Beninin pasportları ilə birlikdə 81-ci yeri tutur.

Ermənistan vətəndaşları 62 ölkəyə vizasız gedə bilirlər.

Henley Passport Index-ə görə, yeni siyahıya yenə də Asiya ölkələri başda gedir. Yaponiya 191 ölkəyə vizasız girişlə 3-cü ildir ki, dalbadal siyahıya liderlik edir. Bundan sonra 190 balla Sinqapur 2-ci, 189 balla Almaniya 3-cü, 188 balla İtaliya və Finlandiya 4-cü, 187 balla isə Danimarka, Lüksünburq və Fransa 5-ci yerləri bölüşürlər.

Rusiya siyahıda 51-ci yerdədir. Rusiyalılar 2020-ci ildə vizasız 118 ölkəyə gedə bilir. Siyahıya sondan yenə də Əfqanıstan başçılıq edir. Bu ölkənin vətəndaşları cəmi 26 ölkəyə vizasız gedə bilirlər.

Hesabat, Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının xüsusi məlumatlarına əsaslanır.

Daha çox göstər
Back to top button