BaşlıcaTəhlil

Seçki kampaniyasında pozuntular Azərbaycanda seçkilərin demokratikliyini şübhə altına alır: Hesbat

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Sənəddə seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması, şikayətlərə baxılması prosesi qiymətləndirilir.

Araşdırma 12 nəfərlik uzunmüddətli müşahidəçilərin apardığı monitorinqlər və seçkidə iştirak edən müxtəlif tərəflərlərdən toplanmış məlumatlar əsasında hazırlanıb.

Qeyd olunur ki, ölkədə siyasi kontekst dəyişməyib. Yenə də seçki bir siyasi qüvvənin mütləq üstünlük təşkil etdiyi  və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edir.

2010 və 2015-ci il parlament seçkilərilə müqayisədə hazırkı seçkilərdə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesində qanun pozuntuları sayca daha az olub. Pozuntular əsasən müxalf siyasi partiyalar və təşkilatlar, həmçinin müstəqil formada namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib.  

Seçkiöncəsi media mühitinə dair qiymətləndirmədə müsbətə doğru dəyişiklik olmayıb.

MSK-ya daxil olan 37 şikayətdən 24 -ü əsassız olması adı ilə təmin edilməyib.

MSK-nın “115 qaynar xətti” seçki zamanı baş verən pozuntu halları ilə bağlı dərhal məlumat vermək və aradan qaldırmaq üçün effektiv olmayıb.

Hesabatda deyilir ki, namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə baş verən qanun pozuntuları, təşviqata hazırlığın göstəriciləri 9 fevral 2020-ci il parlament seçkilərinin azad, ədalətli və demokratik keçiriləcəyinə şübhələr yaradır.

Daha çox göstər
Back to top button