BaşlıcaSiyasət

Davit Tonoyan: “Ermənistan Ordusu daha da güclü olacaq”

Silahlı Qüvvələrin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirilməsi üçün lazım olan bütün silah-sursat artırılıb. Bu barədə Yerablurda jurnalistlərə müsahibəsində ER müdafiə naziri Davit Tonoyan bildirib.

“Mən hərbi sirr açmıram, amma bu artımların on faizlərlə olduğunu söyləmək istəyirəm. Deməli ki, imkanlarımız xeyli artıb”, – deyə Davit Tonoyan bildirib.

Jurnalistlərin SU-30-ların növbəti partiyasının Ermənistanda nə vaxt olacağına dair sualına isə cavab olaraq, nazir bildirb ki, tezliklə.

Müdafiə naziri orduda qida təminatının yeni formata keçirilməsinə əhəmiyyət verərək, qeyd etdi ki, hazırda 40 faizi bu formata keçir.

“İndi deyə bilirik ki, qida təminatının pilot proqramı uğurla keçirilib, həttə bizim üçün gözlənilməz uğurlu olub”, – deyə Tonoyan bildirib.

Davit Tonoyan həmçinin vurğulayıb ki, yaxın gələcəkdə Ermənistan Ordusu daha da güclü olacaq. Sərhəd vəziyyətinə toxunan nazir qeyd etdi ki, hazırda vəziyyət sabitdir.

Daha çox göstər
Back to top button