
ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyanın fikirincə, Azərbaycan avtoritarizmi ciddi çatlar verir. Bunu Hayrapetyan fevralın 14-də keçirdiyi parlament dinləmələr zamanı Azərbaycanda baş vermiş növbədənkənar parlament seçkilərinə toxunaraq qeyd etdi.
“Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas məqsədi parelamenti gəncləşdirmək idi. Lakin 125 deputatlardan yalnız 54-si yenidir, onlardan da 10-12 gənc sayıla bilər. İndiki baş verən proseslər çox maraqlıdır. Hakim ailə istədiyi şəkli əldə edə bilmədi və indi Azərbaycan Mərkəzi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını gəri almaqla məşğuldur. Seçkilər saxtalaşdırılıb, amma istədikləri nəticəni əldə edə bilmədilər, bu mənada Azərbaycan avtoritarizmi ciddi çatllar verir”- deyə Hayrapetyan qeyd etdi.







