İctimaiyyət

“Türk Hava Yolları” Naxicevana uçuşları dayandırdı

“Türk Hava Yolları” şirkəti koronavirus səbəbilə Naxicevana uçuşları dayandırıb. Bu barədə şirkətin İdarə Heyətinin sədri İlker Aycı məlumat verib.
İlker Aycı “Türk Hava Yolları”nın Cənubi Koreyanın paytaxtı Seula da uçuşları azaldtdığını vurğulayıb. Onun sözlərinə görə, 250-dən çox təyyarədə dezinfeksiya işləri görülüb: “Risklər olduğunu müəyyənləşdirdik. Nazirliyə söylədik. Qərar olanda İstanbula gedən təyyarəni Ankarada endirmişdik. Təhlükəsiz sərnişindaşımaya çox həssas yanaşırıq”.

Aycı məhz riskli saydıqlarına görə Naxicevan uçuşlarını dayandırdıqlarını gizlətmir. Ümumilikdə “Türk Hava Yolları” daha 12 ölkəyə aviareysləri saxlayacaq. Şirkət rəsmisinin sözlərinə görə, Bəhreynə, İrana, Çinə uçuşları məhz ruskli saydıqları üçün dayandırıblar.

Daha çox göstər
Back to top button