Məxməri İnqilaba həsr olunmuş “Mən tənha deyiləm” filmi Amerikada nümayiş olunacaq

2018-ci ildə Ermənistanda baş vermiş Məxməri İnqilaba həsr olunmuş “Mən tənha deyiləm” filmi aprelin 10-dan Amerika kinoteatrlarında nümayiş olunacaq.
Bu barədə öz facebook səhifəsində System of a down rok qrupunun solisti Serj Tankyan yazıb. O, film müzüikilərinin müəllifii və icraçı prodüseridir.
Tankyan yazıb ki, Rotten Tomatoes kinoresursunda filmin retinqi 100 faiz, IMDb-da isə 9.3 faizdir.
Serj Tankyan facebookda filmin rəsmi fragmanını da paylaşdı.
Aprelin 10-da film Los-Ancelesdə, aprelin 17-də Nyu York və Freznoda, aprelin 24-də isə, Vaşinqton, Boston və digər şəhərlərdə nümayiş olunacaq.
“Mən tənha deyiləm” filminin premyerası sentyabrın 7-də Torontoda idi. O, Toronto beynəlxalq kino festivalında mükafata layiq görüldü. Filmin rejissoru Karin Hovhannisyandır.







