Başlıcaİctimaiyyət
İraq XİN: İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.
Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.
İraq XİN rəsmisi qeyd edib ki, İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.
Qeyd edək ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.







