Başlıcaİctimaiyyət
Ermənistan koronavirusa qarşı mübarizə aparan tibb işçilərini alqışlayır (video)

Bu gün çoxsaylı ermənistanlılar axşam saat 21:00-da-da sosial şəbəkələrdə elan olunan flaşmoba qoşulub.
ER vətəndaşları unikal flaşmob təşkil etdilər. Koronavirusla mübarizə aparan həkimlərə alqışlarla, çəpiklərlə təşəkkür etmək qərarına gəldilər.
Sosial şəbəkələrdə yayılan video göstərir ki, Yerevanın müxtəlif rayonlarında flaşmoberlərə qoşulanlar olub.
Qeyd edək ki,videolardan biri də facebook səhifəsində Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan tərəfindən yayımlanıb.
Bir çox istifadəçilər də öz şərhlərində gecə-gündüz koronavirusa qarşı mübarizə aparan həkimlərə və tibbi personala təşəkkürlərini bildiriblər.
Sputnik Armeniya-nın müxbiri “Surb Qrikor Lusavoriç” Tibb mərkəzi yaxınlığında keçirilən flaşmobu çəkib.







