
Sputnik Armeniyanın efirində danışan politoloq Suren Sarkisyan ABŞ Prezidenti Tramp administrasiyasının Artsaxdakı minatəmizləmə proqramı üçün olan maliyyənin ixtisarı barədə qərarını yayımladı.
ABŞ-dakı erməni lobbisinin və ABŞ-dakı onlarla konqresmenin fəal səylərinə baxmayaraq, Birləşmiş Ştatlar Artsaxa birbaşa yardımı etməyəcəkdir.
Suren Sarkisyanın nəzərincə, Tramp administrasiyasının önəmliklərində , xüsusən də ABŞ üçün strateji əhəmiyyət kəsb etməyən ölkələrə xarici yardımın daxil olmadığını qeyd edir. Nəticə etibarilə Tramp rəhbərliyi ümumi xarici yardımı təxminən 40 faizlə azaldıb.
“İkinci amil odur ki,məhz Dağlıq Qarabağa olan yardımixtisar olunub. Söz burada minatəmizləmə proqramı haqqındadır ki, o da Amerika tərəfindən maliyyələşdirilən bir təşkilatın Artsaxda həyata keçirdiyi minatəmizləmə fəaliyyəti proqramından gedir. Bu proqramın nə üçün kəsildiyi və niyə məhz bu mərhələdə olması ilə bağlı suallar olduqca fərqlidir.
Vaşinqtondakı azərbaycanlı lobbiçilərin aktiv işlərini xüsusi qeyd etmək lazımdır. Hətta Azərbaycanın ABŞ Təhlükəsizlik Şurasının işinə nə qədər lobbiçilik etdiyini öyrənə bildik. Məhz Təhlükəsizlik Şurası bu proqramın davam etməməsinə qərar verib”- deyərək politoloq qeyd edib.
Suren Sarkisyan təəssüflə vurğulayır ki, erməni lobbisinin fəal səyləri və 70 konqresmenin məktubu bu məsələyə aktiv təsir göstərməmişdir və bundan daha əvvəl mərhələdə qəbul edilmiş qərar nəhayət sonda həqiqətə çevrildi.
“Qərar məsələsində azərbaycanlıların səyləri və Tramp administrasiyası tərəfindən ümumi xarici köməkliyin əhatələrini ixtisar etmək istəkləri üst-üstə düşdü.
Politoloqun sözlərinə görə, Azərbaycan Vaşinqton üçün önəmli olub. Belə ki, təsadüfi deyil ki, 2018-19-cu illərdə ABŞ təxminən Azərbaycana 800 dollar dəyərində hərbi yardım göstərib”-deyərək politoloq qeyd edib.
ABŞ-ın 73 konqresmeni Ermənistana 100 milyon, Artsaxa 1.5 milyon dollar təklif edir
Suren Sarkisyan bu qərarın daha bir olayını vurğulayır: Ermənistandan ABŞ-ın inqilabdan bəri ölkəmizə “sıfır” dəstək verdiyi barədə bəyanatlar səsləndirildi.Bu cür bəyanatlarsa Tramp administrasiyası ilə daha effektiv işləməyə təbii olaraq erməni lobbistlərinə mane olub.
Politoloqun sözlərinə görə, yuxarıda qeyd olunan qərarla bağlı şayiələr o zaman başlanığıc aldı haçan ki, Ermənistanın Suriyaya cəlb olundu və bu da mövcud məsələnin həllinə təsir etdi.
Suren Sarkisyanın qənaətincə, çox güman ki, Tramp administrasiyası ilə səmərəli işləyə bilməyəcəyik və əgər önəmliklər dəyişiklikləri olmazsa, hansı ki, ciddi şübhə doğurur onda heç bir nəticə olmayacaq.







