BaşlıcaEkonomika

Əliyev etiraf edib ki, neftin qiymətinin kəskin enməsi iqtisadiyyat üçün ciddi problemlər yarada bilər

Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə etiraf edib ki, neftin qiymətinin kəskin enməsi ölkə iqtisadiyyatında ciddi problemlərə səbəb ola bilər.

“Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır», – deyə övlət başçısı bildirib. Bu, dövlət büdcəsi-20-nin yenidən işlənməsini göstərən ilk açıqlama idi.

O, etiraf edib ki, “neft sektoru iqtisadiyyatımızın əsas sektoru olaraq qalır”.

“Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik», – deyə İlham Əliyev qeyd edib.

Daha çox göstər
Back to top button