BaşlıcaSiyasət

Koronavirus xəstələrinə “nəzarət”haqqında qanun Ermənistanda qüvvəyə mindi

Ermənistan Prezidenti Armen Sarkisyan bir gün əvvəl parlament tərəfindən qəbul edilmiş qanun layihəsini imzalayıb ki, o da  dövlət orqanlarına koronavirus xəstələrinin təmas dairəsinə nəzarət etməyə imkanyaradır..

Qanun layihəsinin bir gün əvvəl parlamentdə ilkin uğursuzluğundan sonra, axşam ikinci oxunuşda qəbul olundu.

Qanun cəmiyyətdə böyük rezonans və müzakirələrə səbəb oldu. Dəyişikliklər koronavirusa yoluxmuş vətəndaşların təmaslarının onlayn izlənilməsini təmin edir.

 Onlar hökümət tərəfindən təsdiqlənmiş tətbiqetmələri smartfonlarına yükləməli olacaqlar. Tətbiqlərdən istifadə edərək müvafiq orqanlar vətəndaşların yerləşdikləri yerləri, hərəkətlərini, kontaktlarını və əlaqəli telefon nömrələrini, zəngləri yönləndirmək, məzmunundan başqa zəngləri əldə edə biləcəklər.

RUSARMINFO bundan öncə bildirmişdi ki, koronavirusa yoluxmuş vətəndaşların təmaslarını izləmək haqqında qanun Ermənistan parlamentində qəbul edilməmişdir.

Daha çox göstər
Back to top button