Başlıcaİctimaiyyət

Yerevan Metropoliteni 39 ildə ilk dəfə bağlanacaqdır

Komendantın yeni qərarı ilə dəmir yolu nəqliyyatı istisna olmaqla, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Karen Demircyan adına Yerevan Metropoliteni bağlanır. Məlumatı Metropolitenin Facebook səhifəsində yayılıb.

“Hörmətli sərnişinlər, komendantın tapışırığı ilə fövqəladə rejim şəraitində hərəkət etmə və iqtisadi fəaliyyəti üzrə məhdudiyyətlər aprelin 12-dək uzadıldı. Onun qərarı ilə demir yolu nəqliyyatı istisna olmaqla, ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaqdır”,- paylaşımda deyilir.

Metroplotenin mətbuat katibi Tatevik Xaçatryan Sputnik Armenia ilə söhbətdə deyib ki, metronun fəaliyyəti 39 ildə ilk dəfə dayandırılıb.

Xatırladaq ki, koronavirusun yayılmaması üçün Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edildi.

Ermənistanda koronavirusa yoxulanların sayı 571-ə çatıb. 3 ölüm hadisəsi qeydə alınıb.

Daha çox göstər
Back to top button