Başlıcaİctimaiyyət

Azərbaycanda saxta jurnalist vəsiqələri satanlar saxlanılıb

Azərbaycan polisi karantin rejimində sərbəst hərəkət etmək üçün saxta jurnalist vəsiqələrinin satışına görə  iki nəfəri saxlayıb.

Bakı sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta sənədləri satarkən saxlanılıblar. Bu barədə DİN-in məlumatında deyilir.

Faktla bağlı CM-in 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.

A.İsgəndərov və A.Bayramov şübhəli qismində istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayış, boş blanklar və möhür aşkar olunaraq götürülüb.

Daha çox göstər
Back to top button