BaşlıcaMədəniyyət

Erməni dudukuna nə gözləyir? – ER Türkiyə ilə Azərbaycanın təşəbbüsünə reaksiya verib

Duduk erməni xalq musiqi alətidir və bu mübahisəsiz bir həqiqətdir.

Azərbayca və Türkiyənin balabanı qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciətindən ermənilər narahat olmamalıdır, çünki erməni xalq aləti olan duduk çoxdan bu siyahıya daxil edilmişdir. Bunu Sputnik Armenianın müxbirinə Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Narine Xaçatryan deyib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilən məlumata görə, Azərbayca və Türkiyə dudukun (türkçə balaban) qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət etmişdi.

Məlumdur ki, Azərbaycanda balaban düdük də adlandırıır və qonşularımız erməni duduku özlərinə aid kimi təqdim etməyi sevirlər.

“Tarixən sübut edilmiş və mübahisəsiz bir həqiqətdir ki, duduk qədim milli musiqi alətidir. Ona görə də, bizi narahat edəcək heç nə yoxdur. Biz artıq duduku UNESCO-nun siyahısına daxil etmişik və heş kəs dudukun erməni aləti olmadığını deyə bilməz”,-Xaçatryan qeyd etdi.

Onun sözlərincə, erməni xalqı dünyada duduku erməni mədəniyyətinin bir simvolu olaraq təqdim etməyə davam etməlidir.

Erməni dudukuna qarşı davamlı ambisiyalarına gəlincə isə, Xaçatryan qeyd edib ki, hər şey deyə bilərlər, amma bu və ya digər həqiqəti sübut edən tarixşünaslıq vardır.

“Deyə bilərlər ki, duduk və şvi yox, yalnız balaban vardır, lakin buna qarşı tarixi faktlar, arxiv sənədləri var. Bu sübutlər sözlərdən daha güclüdür”.

Xaçatryan əmindir ki, erməni dudukuna heç bir təhdid yoxdur, çünki istənilən mədəni irs yalnız xalqın laqeydliyindən təhlükəyə düşə bilər. Burada nəsillərin dəyişməsi də böyük əhəmiyyət daşıyır. Xaçatryan qeyd edib ki, ənənələr nəsildən-nəslə ötürülməlidir.

Qeyd edilmiş müraciətə gəlincə isə, Xaçatryan deyib ki, hazırda bu müraciətin məzmunu ilə tanış olmaq mümkün deyil, çünki o həə ki aktiv deyil. Müraciət hələ uzun yoldan keçməlidir.

Qeyd edək ki, 2008-ci ildən duduk Ermənistanın qeyri-maddi irs siyahısına daxildir. Duduk qədim erməni musuiqi alətidir və ərik ağacından hazırlanır. Bunun hazırlanması üçün 2 növ ərik ağacı “şalax” və “darnakut” tətbiq edilir. Ağacı kəsməkdən sonra alətin hazırlanması üçün o 6 ay qurumalıdır.

Xatırladaq ki, UNESCO siyahısında Ermənistana aid 6 obyekt daxidir – Bunlar erməni duduku (2008-ci il), erməni xaçkar (2010-cu il), “Sasuntsi Davit” eposu (2012-ci il), lavaş (2014-cü il) və koçaridir (2017-ci il).

Daha çox göstər
Back to top button