
Azərbaycan KİV-ləri xəbər verir ki, Ermənistan İnsan Haqları müdafiəçisi Azərbaycan İnsan Hüquqları müdafiəçisi ilə görüşmək istəyini ifadə edib.
Erməni İnsan Hüquqları müdafiəçisi Arman Tatoyan “Sputnik Armeniya”-nın müxbiriylə söhbətində azərbaycanlı həmkarı Səbinə Əliyeva ilə beynəlxalq seminarda və ya digər oxşar platformada görüşsələr, danışmağa hazır olduğunu bildirib.
“Mən parlament ambionundan dedim ki, belə bir fürsət olarsa Azərbaycanın ombudsmanı ilə görüşməyə hazıram. Xüsusi görüşmək istəyi barədə heç bir söhbət olmayıb”-deyə o, qeyd edib.
Azərbaycan Kİnə görə, Tatoyan azərbaycanlı həmkarı ilə görüşmək istədiyini iddia edib. Azərbaycanlılar da yeni vəzifəyə gəldiyindən Əliyeva ilə görüşməyə çalışdığını güman edirdilər.
“Mənim ifadəm konkret bir şəxs və ya təyinatla əlaqəli deyil”- deyyərək söhbəti zamanı Tatoyan qeyd edib.
Xatırladaq ki, “Mənim addımım” fraksiyasından olan deputat Tatevik Hayrapetyan bu gün parlamentdə Tatoyandan azərbaycanlı həmkarı ilə təmaslar və müzakirələrin olub olmadığını soruşdu.
Tatoyan cavab verdi ki, birbaşa əlaqə yoxdur, amma o, hər dəfə beynəlxalq platformalarda görüşməyə və müzakirə etməyə hazır olduğunu bildirdi.
“Ancaq mən həmişə bildirmişəm ki, əgər Artsaxla bağlı məsələlər varsa, bu müzakirələrdə Artsaxın İnsan Haqları müdafiəçisi də iştirak etməlidir” deyərək o qeyd etdi.
Səbinə Əliyeva 2019-cu il noyabrın 19-da Azərbaycanın İnsan Haqları müdafiəçisi seçildi. Arman Tatoyan 2016-cı il fevralın 23-də Ermənistanın İnsan Hüquqları Müdafiəçisi vəzifəsini təhvil alıb.







