
Azərbaycan Ermənistanı hərbi əməliyyatları bərpa etməkdə günahlandıraraq və hər kəsə özünü müdafiə etdiyini sübut etməyə çalışacaqdır. Oxşar fikri hərbi ekspert və kürdoloq, “Erməni güclü ordusu” proqramının rəhbəri Karen Hovhannisyan bildirib.
Facebook səhifəsində Hovhannisyan yazıb:
“Bu gün Azərbaycan mətbuatı müxtəlif “ekspertlərin” müsahibələrindən təəccüblənib, onların əsas mövzusu Paşinyan hökumətinin uğursuzluğu və Ermənistan tərəfindən hərbi əməliyyatın bərpa olunması bu uğursuzluğun nəticələrini cüziləşdirmək naminə bunun mümkün olmasıdır.
Aydın məsələdir ki, Azərbaycan hakimiyyəti hərbi əməliyyatların yenidən başlamasına doğru gedir və özləri üçün beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışacaq miflər hazırlayır.
Azərbaycan hərbi əməliyyatlara başlamağa çalışacaq və bu hərbi əməliyyatlara Ermənistanı birinci olaraq başlayan kimi ittiham edəcəkdir. Onlar oxşar əməliyyatları sərhəddə də etdilər ki, onu da mən bu mərhələdə təxribaçılıq hesab edirəm.
Mülki şəxslərə və evlər üzərinə atəşlər etməklə onlar bizi müharibəyə sürükləməyə çalışır. Azərbaycanlı “Ekspertlərinin” bütün “müsahibələri” Ermənistanda iqtisadi vəziyyətin çox pis olduğu və “Ermənistan onu cüziləşdirmək naminə müharibəyə gedəcəkdir” fikrinə söykənmişdir”.







