BaşlıcaBeynəlxalq

“Sərhədsiz Reportyorlar” Turan agentliyinin saytına kiberhücumu pisləyib

“Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı Turan agentliyinin saytına son kiberhücumları pisləyib.

“DdoS hücum hər dəfə müxalifətçi fəalların hüquqlarının pozulması ilə bağlı tənqidi materialların dərcindən sonra baş verib.

SR hakimiyyəti bu kiberhücumlara aydınlıq gətirməyə çağırır”,- təşkilatın Twitter hesabında dərc olunan press-relizdə deyilir.

Xatırladaq ki, mayın 15-dən 19-u səhərədək Turan.az və Contact.az saytları kütləvi kiberhücumlara məruz qalıb və iki dəfə bloklanıb. Nəticədə dərc edilmiş materialların bir hissəsi itib. Görülən tədbirlər sayəsində saytların fəaliyyəti və itmiş materiallar bərpa edilib.

Daha çox göstər
Back to top button