BaşlıcaBeynəlxalq

Human Rights Watch Tofiq Yaqublunu azad etməyə çağırıb

Human Rights Watch hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini Müsavat Partiyasının fəalı Tofiq Yaqublunu azad etməyə çağırıb.

HRW-nin bəyanatında deyilir ki, “hakimiyyət Yaqublunun həbsi üçün bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta “xuliqanlıq” ittihamıyla saxladı”.

Yaqublu Şüvəlanda 3 saylı istintaq təcridxanasında saxlanılır, burada sanitar şərait çox pisdir, buna baxmayaraq, təcridxana Covid-19 koronavirusa qarşı uğurla mübarizə apardığını bəyan edir.

Yaqublunun səhhətindəki problemləri və saxlanma şəraitini nəzərə alaraq, koronavirusa yoluxma riski həddindən artıq böyükdür, deyə HRW qeyd edir.

“Avropa Şurası və ABŞ Yaqublunu azad etməyə çağırıb, Amnesty İnternational onu siyasi məhbus kimi tanıyıb, amma Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymayaraq, siyasi qisas siyasəti həyata keçirib”, deyə bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button