Başlıcaİctimaiyyət

Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı məlum olub. 

Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 12 nəfər əməkdaşı koronavirusa yoluxub. 

“Onlardan altı nəfər artıq sağalıb. Altı əməkdaşımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir müddət əvvəl nazirliyin səkkiz əməkdaşında koronavirus aşkarlanmışdı.

Daha çox göstər
Back to top button