Başlıcaİctimaiyyət

Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb

Azərbaycanın şimal rayonları çəyirtkə hücumuna məruz qalıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu il iyun ayının sonlarından Azərbaycan ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.

Milyonlarla həşəratın son həftələr əsən güclü külək nəticəsində Dağıstan ərazisindən gəldiyi ehtimal olunur.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir.

Daha çox göstər
Back to top button