
Artsax Respublikası Xarici işlər nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Artak Nersisyan Azərbaycan prezidenti İlham Əliyevin fikirlərinə cavab verdi.
“Armenpress” Artak Nersisyanın şərhini təqdim edir:
“İyulun 6-da Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya şirkətlərinə müsahibə verib. Azərbaycan-Qarabağ münaqişəsinə dair hissədə elə tondan və cümlələrdən istifadə edib ki, o da adi diplomatiya etikası çərçivəsindən uzaqdır.
Azərbaycan prezidenti danışıqlar prosesində nəticələrin istisnasına görə öz xüsusi günahını ATƏT-in Minsk qrupu həmsədrlərinin boğazına dolamağa çəhd edir, onları işsizlikdə ittiham edir, onların ünvanına kəskin şəkildə tənqidlər yağdırır.
Üçtərəfli formatda danışıqların tam bərpa olunmasına mane olmaqla, mübahisələrin dinc prinsipinə daim şübhə etməklə, güc tətbiq etməklə hədələyərək, münaqişənin mahiyyətini təhrif etməyə çalışmaqla, öz xüsusi ölkəində irqçi və insana xas olmayan baxışları ruhlandıraraq,Azərbaycan hakimiyyətləri Azərbaycan-Qarabağ münasişəsinin sülhlə nizamlanması prosessində qəstlə əlavə maneələr yaradır. Yuxarıda xatırlanan müsahibə buna yanar sübutdur.
Bu baxımdan, Azərbaycanın tam hüquqlu üçtərəfli danışıqların bərpa olunmasına münasibəti səciyyəvidir. Azərbaycan-Qarabağ münaqişəsinin həllinin müxtəlif mərhələlərində müxtəlif formatlarda danışıqlar aparıldı.
Bununla birlikdə ən təsirli olan Artsaxın birbaşa iştirakı ilə həm Artsax-Azərbaycan, həm də Artsax-Azərbaycan-Ermənistan əsasında üçtərəfli danışıqlar keçirildi.Üçtərəfli formatda, Artsaxın tam iştirakı ilə Azərbaycan-Qarabağ münaqişəsində ən əhəmiyyətli nəticəyə nail olmaq mümkün oldu.Üçtərəfli formatda Artsaxın tam iştirakıyla Azərbaycan-Qarabağ münaqişəsi prosessində ən əhəmiyyətli nəticə nail olundu.1994-cü ilin
may ayında müddətsiz atəşkəs sazişi imzalandı.Buna görə də üçtərəfli danışıqların bərpa olunmasını təxirə salmağa çalışaraq, Azərbaycan süni şəkildə Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini ləngidir.
Müsahibədə gündəmə gətirilən həm tarixi, həm də hüquqi dəlillər heç bir tənqidə dözmür. Ancaq Azərbaycan prezidentinin bölgənin tarixini bilməməsi yalnız zərərsiz bir fon meydana gətirirsə, onda onun çaşqınlığı beynəlxalq hüquq sahəsində təsəvvürləri Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə yarada bilər.
Azərbaycan-Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycan tərəfindən BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməsi tamamilə əsassızdır və təcavüzkar, sərt siyasətini ört-basdır etmək üçün uğursuz bir cəhddir.
Birincisi, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinin icra edilməsiçün təcavüzə məruz qalmayıb.Əksinə, siyasi məsələni silahlı qarşıdurmaya çevirdi, Artsax xalqının güc yolu ilə öz müqəddəratını təyinetmə hüququnu ləkələməyə çalışdı və müstəqillik qazandıqdan sonra Artsax Respublikasına qarşı genişmiqyaslı müharibəyə başladı.
İkincisi, 1994-cü ilin mayında Artsax, Azərbaycan və Ermənistan tərəfləri münaqişənin hərbi mərhələsinə son qoyaraq, BMT nizamnaməsinə uyğun olaraq sülh yolu ilə nizamlanmasına dair üçtərəfli atəşkəs sazişi imzaladılar.
Bununla əlaqədar olaraq, Azərbaycan tərəfinə beynəlxalq mübahisələrin yalnız sülh yolu ilə həllinin, BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğunu xatırlatmağı zəruri sayırıq.
Xüsusi səhvlərini və səhv hesablamaları üçün başqasını günahlandırmaq əvəzinə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli ilə bağlı öz öhdəliklərini yayınmadan yerinə yetirməli və vicdanla tam formatda danışıqlar yürütməyə çalışsın”.







