BaşlıcaSiyasət

Türkoloq: “Tavuş gərginliyi Ərdoğanın nüfuzunu sarsıtdı”

Türkiyə çox yaxşı başa düşürkü, Cənubi Qafqazda genişmiqyəsli müharibənin qarşısını almaq lazımdır, çünki Ermənistanın və Azərbaycanın müttəfiqləri olan Rusiya və Türkiyə də buna cəlb olunmalıdır.

Bundan başqa genişmiqyaslı müharibənin olduğunda istisna deyildir ki, Bakı-Tibilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbiıisi-Qars dəmiryolu zərər görəcək, bu isə Türkiyə tərəfi üçün arzuolunmas bir vəziyyətdir.

Bu barədə “Aravot”-a müsahibəsində türkoloq Hayk Gabrielyan bildirib.

Ekspertin sözlərinə görə, bu demək deyildir ki, Türkiyə tərəfi Ermənistan-Azərbaycan sərhədində bir necə günlük gərginliyin tərəfdarı deyildir. Çünki bunun qarşısın alınmasında Tükiyənin Azərbaycana təsirini artırır, Türkiyə qarşı Azərbaycan daha güzəştli olar, Rusiya ilə danışıqlarda isə Türkiyə daha yaxşı mövqelərindən çıxış etməyə çalışır.

Digər tərəfdən, son illərdə müxtəlif səbəblərə görə (əsasən qaz) Türkiyə üçün Azərbayacnın əhəmiyyəti son kəskin şəkildə artdı. Türkiyənin kəskin reaksiyası əslində Azərbaycanda öz maraqlarını müdafiə etmək məqsədi daşıyır.

Məhz Azərbaycanda olan iqtisadi faydalara görə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı hər dəfə Artsax məsələsinin həlli ön plana çıxır.

Türkiyə Cənubi Qafqazla bağlı məsələlərdə öz rolunu artırmaq istəyir. Ona görə də, addımları genişmiqyaslı müharibəni qızışdırmaq üçün deyil, məhz bu səbəblərə görə atır.

Türkiyə tərəfi, ATƏT-in Minsk Qrupunun üzvü olmasına baxmayaraq, Türkiyənin aktiv bir rolu olmadığını və boş qaldığından şikayət etməyə davam edir.

“İstistna deyildir ki, Ərdoğan daim olaraq Rusiya prezidenti Vladimir Putini müxtəlif sövdələşmələrə dəvət etməyə çalışır, məsələn, Suriya məsələsində olduğu kimi, yeni danışıqlar formatının yaradılması. Bunda Türkiyənin kifayət qədər aktiv rol olacaq, bununla da ATƏT MQ həmsədrlərini kənarlaşdırmağa çalışacaq.

Öz qabiliyyəti və nüfuzu baxımından Putinlə müqayisə edilə bilməyəcəyini anlayan Ərdoğan ilk nömrəni Putinə verməyə və özü ikinci nömrə altında çıxış etməyə hazırdır”,- deyə o bildirdi.

Türkiyənin Ermənistanla bağlı təcavüzkar açıqlamalarına toxunan Qabrielyan qeyd etdi ki, Türkiyənin bu hərəkətləri bizim üçün yalnız çaörışlar deyil, eyni zaman da bölgədəki digər ölkələrlə əməkdaşlığı dərinləşdirmək üçün bir fürsətdir.

“Bu vəziyyətdə, o cümlədən Bakıdakı kütləvi mitinqlərdə anti-erməni bəyanatları və Azərbaycan Müdafiə Nazirliyinin Metsamor atom elektrik stansiyasına zərbə endirmək bıyanatının fonunda diplomatik sahədə yeni imkanlar açılır.

Ermənistandan başqa, Türkiyənin təcavüzkar bəyanatlarını və hərəkətlərini ABŞ, Avropa Birliyi, AB-yə üzv olan ayrı-ayrı ölkələr, ərəb dünyasının görkəmli üzvləri və hətta Astana formatına daxil olan İran, bəzən Rusiya da pisləyir.

Türkiyənin Ermənistana qarşı təcavüzkar bəyanatları və hərəkətləri münasibətlərimizin dərinləşdiyi Misir və BƏƏ-ni da narahat edir”,- deyə Hayk Gabrielyan bildirdi.

Zohrab Mnsatsakanyanın İsarilin Azərbaycana silah satmasının dayandırılmasına dair açıqlamasına toxunuan eksert qeyd etdi ki, ümumiyyətlə biz göstərəbilərik ki, Türkiyə Azərbaycanla münasibətlərində “qardaş” kimi davranmır və göstərir ki, “Türkiyənin acısı Azərbaycanın acısı deyildir”.

“Mən hesab edirəm ki, Almaniya ilə ediləcək çox ciddi işlərimiz var. Bütün dövlətlərə izah etməliyik ki, əslində sərhəd mübahisələrində deyil və bu cür qonşuların ətrafında bizn yaşamaq uğrunda bmübarizə aparırıq. Bu məsələyə əvvəlcə bu baxımdan baxmalı və buna uyğun hərəkət etməliyik.

Və nəhayət, Türkiyənin nüvə ambisiyalarına göz yummağa haqqımız yoxdur və mənim fikrimcə, Ərdoğanın həqiqətən nüvə silahına sahib olmaq ambisiyaları var.

Türkiyənin bir soyqırım ölkəsi olması ilə yanaşı, aydındır ki, nüvə silahının mövcudluğu ilə Ərdoğanın hərəkətləri idarəolunmaz, daha sərt və daha aqressiv olacaq. Bu da təkcə Ermənistan üçün deyil, AB və digərləri üçün də mənfi nəticələr verəcəkdir (Türkiyənin nüvə silahından istifadə edəcəyini demirik)”,- deyə Hayk Gabrielyan vurğuladı.

Daha çox göstər
Back to top button