BaşlıcaSiyasət

Rusiya, yoxsa Qərb? Paşinyan BBC-nin sualına cavab verib

Rusiya Ermənistanın bütün sahələrdə, xüsusən də iqtisadiyyat və təhlükəsizlik baxımından strateji müttəfiqidir, Avropa Birliyi ilə isə “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Saziş”-i imzalamışıq. Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-nin “HardTalk” proqramının aparıcısı Steven Sakurun “Sonunda Ermənistan hansı yolu seçəcək, Rusiya və ya Qərb?” sualına belə cavab verdi.

“Rusiya on illərlə Ermənistanın tərəfdaşıdır, Avropa Birliyi isə inqilabdan sonra islahat proqramlarını həyata keçirməkdə bizə kömək edir. Ermənistan hər iki tərəflə münasibətləri inkişaf etdirir” – deyə Paşinyan cavabında qeyd edib.

Sakur cavabdan məmnun qalmadı, bir daha Ermənistanın Baş nazirindən konkret cavab istəməyə çalışdı, amma uğursuz. Sonra jurnalist Paşinyandan Ermənistanın Türkiyə və artıq isə ABŞ ilə problemləri varsa, NATO ilə münasibətlərinin inkişaf etdirəcəyini necə olduğunu öyrənməyə çalışdı.

“ABŞ sizdən İrana qarşı sanskiaylar tətbiq etmək istədi, amma siz etmədiniz”- deyə jurnalist vurğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan İranla bütün istiqamətlərdə yaxşı münasibətlərini davam edəcək.

“ABŞ ilə yaxşı münasibətləri qorumaq üçün əlimizdən gələni edəcəyik”- deyə Paşinyan qeyd edib.

Eyni proqram çərçivəsində Paşinyan Dağlıq Qarabağ, Robert Koçaryan və inqilabdan sonrakı əsassız gözləntilərinə də toxundu.

Daha çox göstər
Back to top button