BaşlıcaSiyasət

Tavuş hadisələri Bakının özünə güvənini sarsdı

Azərbaycan prezidenti İlham Əliyev iyul döyüşlərindən sonra Moskvanın Ermənistana 400 tona yaxın hərbi yük tədarük etdiyindən şikayətləndi. Azərbayxcanın rəsmi məlumatlarına görə, Əliyev bu barədə Putinlə telefon danışığında söylədi.

Bir tərəfdən bu başa düşülən bir davranışdır, amma məsələ odur ki, Azərbaycan niyə öz narazılığı iyuldan sonra səsləndirdi?

Bakı silah-sursatın Ermənistana göndərilməsinə və ya bunların çatdırılmas üçün istifadə edilən yollara görə, Serbiyadan narazıdır, Gürcüstandan narazıdır, Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan şikayət edir. Ermənistana OSA komplekslərini verdiyi İordaniyadan narazı olduqlarını bildirmişdilər.

Necə olur ki, Azərbaycan ordusu milyardlar dəyərində olan silahlar və öz hərbi üstünlüyü barədə danışa bilər, amma Ermənistana silah satanlara şikayətini bildirir?

Bəlkə Ermənistanın hərbi-texniki nailiyyətləri həqiqətən də təsir edici bir keyfiyyət və xarakterinə sahibdir və bu, Bakının özünə güvənini sarsdı, o səbəbdən də Bakı şikayət etməyə başladı.

Əlbətdə ki, Azərbaycan dəhşətə düşmədi və bu şikayətlər diplomatik xarakter daşıyırlar, amma Bakının bu davranışı diqqətəlayiq bir məqamdır  

Daha çox göstər
Back to top button