ArtsaxBaşlıcaSiyasət

Putin: “Dağlıq Qarabağda status-kvo saxlanılmalıdır”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin mətbuat konfransında Qarabağ müharibəsinə də toxundu.

O, qeyd etdi ki, vəziyyət nəzarətdən çıxıb.

“Hesab etmirəm ki, Dağlıq Qarabağ ətrafında münaqişə xarici qüvvələrin müdaxiləsinə görə bu il yenidən alovlanıb”,- deyə o qeyd etdi. 

Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi münaqişənin qan tökülmədən həllindən ibarət olub. 

“Rusiya, ABŞ və Fransanın həmsədr olduğu Minsk qrupunda da bizim mövqeyimiz belə qurulmuşdu. Dağlıq Qarabağda status-kvo saxlanılmalıdır, amma Dağlıq Qarabağ və Ermənistan arasında ünsiyyət imkanının mütləq yaradılması şərtilə, bunun üçün də Laçın dəhlizinin yaradılması nəzərdə tutulurdu – yəni Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz”,- deyə Rusiya Prezidenti bəyan etdi. 

Daha çox göstər
Back to top button