BaşlıcaSiyasət

RF ilə əməkdaşlıq dərinləşəcək: “Baş nazir SQ islahatı ilə bağlı işçi qrupu yaradacaq”

Baş nazir Nikol Paşinyanın sərəncamıyla Müdafiə nazirinin rəhbərliyi işçi qrupu yaradılacaq.

Qrup, Silahlı qüvvələrin İslahatı konsepsiyasının “Yol xəritəsi” cədvəlinin formalaşmasını  həyata keçirəcək.

Bu haqda Baş nazir Nikol Paşinyan hökumət iclasında bəyan edib.

“Xatırladım ki, dərc etdiyim “Yol xəritəsi”nin 8-ci bəndinin ifadəsi belədir: Silahlı qüvvələrdə İslahat proqramının təsdiqlənməsi islahatların başlanğıcıdır.

Son aylarda bu mövzuda sıx müzakirələr apardıq, bəzi ilkin nəticələrə gəldik, əslində Silahlı qüvvələrdə islahatların necə və hansı ölçülərdə aparılacağı ilə bağlı gündəmi müəyyənləşdirdik.

Bu gün Silahlı Qüvvələrin İslahatı Konsepsiyasının “Yol Xəritəsi” cədvəlini həyata keçirəcək Müdafiə nazirinin rəhbərlik etdiyi işçi qrupunun formalaşdırılması barədə qərar imzalamaq niyyətindəyəm.

 Xüsusiylə vurğulamaq istərdim ki, bu müddətdə təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımız – Rusiya Federasiyası ilə daha da sıx əməkdaşlıq qurmaq niyyətindəyik.

Əminik ki, bu proses nəticəsində bu əməkdaşlıq təhlükəsizlik, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq sahəsində daha təsirli olacaqdır.

“Yol xəritəsi”i tamamlandıqda, bu konseptual işlərin ən azından çoxunu həyata keçirəcəyik və əldə olunmuş razılaşmaların tətbiqinə və qərarların icrasına başlayacağıq”- deyərək  Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button