BaşlıcaBeynəlxalqTəhlil

“Freedom House”: Azərbaycan “qeyri-azad”, Ermənistan və Gürcüstan isə “qismən azad”-dır

“Freedom House” insan haqları təşkilatı bildirir ki, koronavirus pandemiyası, iqtisadi qeyri-müəyyənlik, dünyadakı münaqişələr ötən il qlobal azadlıq göstəricilərində geriləməyə səbəb olub. Hesabatda deyilir ki, “qeyri-azad” hesab olunan ölkələrin sayı son 15 ildə ən yüksək həddə çatıb.

Azərbaycan “qeyri-azad” ölkələr kateqoriyasına salınıb. Bu sırada Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var.

Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub.

Hesabatda ötən il Azərbaycan və avtoritar müttəfiqi Türkiyə tərəfiondən Dağlıq Qarabağa qarşı apardığı əməliyyatlardan da söz açılır. “Freedom House” bu müharibənin demokratiyaya təsir göstərdiyini, Azərbaycanda avtoritar prezident İlham Əliyevin idarəçiliyini möhkəmləndirdiyini, Ermənistanda isə hökuməti sabitsizliklə hədələdiyini qeyd edir.

Daha çox göstər
Back to top button