Başlıcaİdman

Millimizin baş məşqçisi gələcək oyunlardan danışıb

Ermənistanın milli futbol komandasının baş məşqçisi Xoakin Kaparos FİFA-nın rəsmi saytı ilə müsahibəsində Munsial seçmə mərhələsində millimizin nəticələrindən və Ermənistanda fəaliyyətindən danışıb.

“Xines Melendes mənimlə əlaqə qurub Ermənistanda işləməyi təklif edəndə hələ “Sevilya” ilə müqaviləm var idi. Ermənistan Futbol Federasiyası ilə uğurlu bir əlaqə qurulub”,- deyə Kaparos bildirdi.

İspaniyalı ekspertin sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən futbol akademiyasının şəraitləri yaxşıdır.

“Ermənistanda futbolun inkişafını istəyirlər. Başa düşürlər ki, bunun üçün yaxşı mütəxəssislər var. Millətlər Liqasının B qrupuna keçməyin böyük bir psixoloji təsiri oldu. Dünya Kuboku seçmə mərhələləri böyük həvəslə başladı, amma bilirik ki, addım-addım getməliiyik”,-deyə o qeyd etdi.

Kaparos vurğuladı ki, J qrupuna Ermənistanla favorit komandalar daxil olunub (məsələn Almaniya).
“Komanda işinə ümid edirik. Futbolçular milli komandaya həsr olunurlar. Yaxşı bir başlanğıc etdik, amma realist olmalıyıq”,- deyə millimizin baş məşqçisi qeyd etdi.

Ermənistanın milli futbol komandası Dünya Kubokunun seçmə qrupunun yeganə lideridir. Üç turdan sonra Millimizin üç qələbə və 9 xalı var. İkinci və üçüncü yerlərdə 6 xalla Şimali Makedoniya və Almaniya komandalarıdır. Rumıniya və İslandiyanın 3 xalı var, Lixteynşteynin heç bir xalı yoxdur.

Septemberdə keçiriləcək 4-cü turda Ermənistan Şimali Makedoniya ilə oynayacaq.

Daha çox göstər
Back to top button